Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə Astara şəhərində istifadə edilməyən birmərtəbəli inzibati binada yanğının baş verməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən Astarainfo.az-a bildiriblər ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, alov qısa müddətdə söndürülüb. Otağın qalan hissəsi və bina yanğından mühafizə olunub.

Yanğın yerinin kəşfiyyatı zamanı otaqda müvəqqəti məskunlaşmış şəxs – 1936-cı il təvəllüdlü Əsgərova Sudiyə Ələsgər qızının meyiti aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.