Rayon Statistika idarəsindən Astarainfo.az-a verilən məlumata görə 2021-ci ilin yanvar-iyun aylarınnda ilkin hesablamalara görə Astara rayonunda iqtisadiyyatın əsas sahələri üzrə (sənaye, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, tikinti, nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə, ticarət; nəqliyyat vasitələrinin təmiri) məhsul buraxılışı və xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,7 faiz artaraq 83407,8 min manat olmuşdur. Əhalinin hər nəfərinə düşən məhsul və xidmətlərin dəyəri 7,0 faiz artaraq 753,5 manata bərabər olmuşdur.

Məhsul və xidmətlərin 31477,9 min manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 28678,5 min manatı ticarət; nəqliyyat vasitələrinin təmiri, 15317,6 min manatı sənayedə, 6099,8 min manatı tikintidə, 1268,9 min manatı nəqliyyat və anbar təsərrüfatı sahələrində, 565,1 min manatı isə informasiya və rabitə sahələrində istehsal olunmuşdur.

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar-iyun aylarında 15317,6 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19,0 faiz çox sənaye məhsulu istehsal edilmişdir.

Sənaye məhsulunun 41,1 faizi emal sektorunda, 58,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Sənayedə qeyri-dövlət sektorunun payı 41,1 faiz olmuşdur.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 17,0 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 64,2 faiz artmışdır.

İstehsal edilmiş sənaye məhsullarının böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 iyul 2021-ci il vəziyyətinə 549,8 min manatlıq hazır məhsul olmuşdur.

Kənd təsərrüfatında yaz tarla işləri başa çatmışdır. Cari il iyulun 1-nə kimi 4221,8 hektar sahədə yazlıq bitkilərin əkini aparılmışdır. Bu dövrdə 603,6 hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (qarğıdalısız), 179,5 hektar sahədə dən üçün qarğıdalı, 970,8 hektar sahədə kartof, 1922,3 hektar sahədə tərəvəz, 383,0 hektar sahədə bostan bitkiləri, 1,0 hektar sahədə dən üçün günəbaxan, 161,6 hektar sahədə çoxillik otlar əkilmişdir.

2021-ci il iyulun 1-nə kimi tarlalardan 322,4 ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 10,1 faiz az dənlilər və dənli paxlalı bitkilər, 6101,6 ton (6,8 faiz az) kartof, 7286,9 ton (9,3 faiz az) tərəvəz, 161,0 ton (0,6 faiz çox) meyvə və giləmeyvə, 324,3 ton (32,9 faiz çox) yaşıl çay yarpağı yığılmışdır.

2021-ci il iyulun 1-i vəziyyətinə rayon üzrə 40627 baş iribuynuzlu mal-qara, o cümlədən 19775 baş inək və camış, 22628 baş qoyun və keçi mövcud olmuşdur. 2020-ci il iyulun 1-nə nisbətən iribuynuzlu mal-qaranın sayı 172 baş (0,4 faiz), o cümlədən inək və camışların sayı 80 baş (0,4 faiz) azalmış, qoyun və keçilərin sayı isə 239 baş (1,1 faiz) artmışdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında diri çəkidə ət istehsalı 0,2 faiz azalaraq 1983,6 ton, süd istehsalı 2,0 faiz azalaraq 13473,8 ton, yumurta istehsalı 0,1 faiz artaraq 4521,0 min ədəd, yun istehsalı isə 1,1 faiz artaraq 18,2 ton olmuşdur.

Bundan başqa, rayonda 505,3 kq barama istehsal olunmuş və keçən ilə nisbətən 2,8 dəfə artmışdır.

2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,2 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 6,7 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 1,0 faiz azalmışdır.

2021-ci ilin yanvar-iyun aylarında əsas kapitala 6216,6 min manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,3 faiz az vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitin 205,8 min manatı və ya 3,3 faizi məhsul istehsalı obyektlərinin, 4105,8 min manatı ( 66,1 faizi ) xidmət sahələri üzrə obyektlərin, 1905,0 min manatı (30,6 faizi) isə ümumi sahəsi 4690 kvadrat metr olan fərdi yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 6099,8 min manatı və ya 98,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2021-ci ilin yanvar-iyun ayları ərzində 455 min ton yük və 2514 min nəfər sərnişin daşınmışdır. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 12,2 faiz, sərnişin daşınması isə 17,5 faiz azalmışdır.

İnformasiya və rabitə müəssisələri tərəfindən göstərilmiş 565,1 min manatlıq xidmətlərin 99,3 faizi əhaliyə aid olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2021-ci ilin yanvar-iyun aylarında göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi dəyər ifadəsində 6,6 faiz azalmışdır.

2021-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 85309,6 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 12750,0 min manatlıq ödənişli

xidmət göstərilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 1,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunmuş gəlir 1,6 faiz artmış, ticarət

şəbəkəsində 48500,4 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 36809,2 min manatlıq qeyri-ərzaq məhsulları satılmışdır.

2021-ci ilin yanvar-iyun aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 104,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 106,8 faiz, qeyri-ərzaq malları üzrə 104,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 101,7 faiz təşkil etmişdir.

2021-ci ilin yanvar-may aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 1,2 faiz artaraq 439,3 manat təşkil etmişdir.

2021-ci ilin birinci yarısında 985 iş yeri yaradılmışdır ki, onun da 977-i daimi olmuşdur.

2021-ci ilin yanvar-iyun aylarında əhalinin sayı 300 nəfər və ya 0,3 faiz artaraq 2021-ci il iyul ayının 1-i vəziyyətinə 110845 nəfərə çatmışdır.