Astara Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin birgə təsdiq etdikləri 15-17 yaşlı könüllü gənclər arasında Respublika üzrə “Könüllülər Kuboku” turnirinin əsasnaməsinə uyğun olaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi, Astara Rayon Gənclər və İdman İdarəsi, Astara Uşaq Gənclər İdman-Şahmat Məktəbi, Astara Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə Şahmat üzrə respublika zona mərhələsı keçirilib.

Astarainfo.az xəbər verir ki,Yarış Covid-19” pandemiyasına qarşı əsas müdafiə tədbirlərinə əməl etmək şərtilə keçirilmişdir.

Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Şəhid olan həmvətənlərimizin xatirəsi 1 dəqiqılik sükutla yad edilib.Sonra Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əliniyaz Mirzəyev, Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, Astara Uşaq Gənclər İdman-Şahmat Məktəbinin direktoru,Şahmat üzrə Beynəlxalq dərəcəli hakim, yarışın baş hakimi Azər İbrahimov çıxış edərək,ölkəmizdə idmanın müxtəlif növlərinin və o cümlədən könüllü gənclər arasında idmanın inkişafı, oyunların qaydaları haqqında geniş məlumatlar vermiş və idmançılara uğurlar arzulayıblar.

Yarışda IV zona üzrə 8 rayon komandası mübarizə aparıb. Yarış komanda xarakteri daşıyan   Olimpiya sistemi ilə keçirilib. Yarışın qaydalarına əsasən hər komanda 4 şahmatçıdan ( 2oğlan və 2 qız) ibarət olmasına baxmayaraq, onlardan 3 nəfər (2 oğlan və 1 qız) olmaqla, ümumən 24 nəfər mübarizə aparıb.

Yekun nəticədə I yeri Lənkaran rayon komandası, II yeri Astara rayon komandası qazanıb və yarışların final mərhələsində mübarizə aparmaq hüququ qazanıblar. “Könüllülər Kuboku” turnirinin final mərhələsinin 18-20 avqust 2021-ci il tarixlərdə Lənkaran Olimpiya İdman Kompleksində keçirilməsi nəzərdə tutulub.