fbpx
Ev ASTARA XƏBƏRLƏRİ “Astara” komandası minifutbol üzrə “Könüllülər kuboku” turnirinin qalibi olub

“Astara” komandası minifutbol üzrə “Könüllülər kuboku” turnirinin qalibi olub

Şəmkir Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 15-17 yaşlı könüllü gənclər arasında minifutbol üzrə “Könüllülər kuboku” turnirinin final mərhələsi keçirilib.

Astarainfo.az  xəbər verir ki, Olimpiya sistemi ilə keçirilən və üç gün davam edən final oyunlarında “Astara” komandası bütün rəqiblərinə qalib gələrək kuboku qazanıb.

“Astara” komandası final oyunlarında yüksək mübarizlik və əzmkarlıq göstərərək “İsmayıllı”, “Gəncə” komandalarına, finalda isə “Yasamal” (Bakı) komandasına qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə sahib olub.

Astara Rayon Gənclər və İdman İdarəsində futbol üzrə “Könüllülər kuboku” Respublika turnirinin qalibi olmuş “Astara” komandasının üzvləri və onların məşqçiləri ilə görüş keçirilib.

Görüşdə çıxış edənlər gənc futbolçuları və onların məşqçilərini qazanılan uğur münasibətilə təbrik edərək, onlara yeni-yeni qələbə sevincləri arzulayıblar.

Tədbirin sonunda gənc futbolçulara və onların məşqçilərinə Astara Rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.