Nazirlər Kabineti yanında operativ qərargahın brifinqi keçirilib.  

Brifinqdə koronavirusla bağlı ölkədəki son vəziyyət açıqlanıb.

Mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov, TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev iştirak edib.

***09:29

Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla əlaqədar növbəti brifinqi keçiriləcək.

Astarainfo.az  xəbər verir ki, brifinq saat 11:00-a təyin edilib.