Azərbaycan Respublikası Seçki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən seçki komissiyalarının səlahiyyət müddəti 5 il olduğundan seçki dairəsi dairə seçki komissiyalarının üzvlərinin təyin edilərək dairə seçki komissiyalarının yenidən təşkil olunması zərurəti yaranıb.

Seçki Məcəlləsinin 30.3-cü maddəsinin tələbinə əsasən hər bir dairə seçki komissiyasının 3 üzvünün namizədliyi deputatları Azərbaycan Respublikasının Milli Məclisində çoxluq təşkil edən siyasi partiyanı Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvünün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən təqdim edilir. Heç bir siyasi partiyaya mənsub olmayan deputatları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən hər bir dairə seçki komissiyasına irəli sürülmüş namizədlərin ikisi maraqlı tərəflərlə – bir namizəd deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri ilə, digər namizəd isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri ilə razılaşdırılır. Qeyd edilən proses başa çatdığından dairə seçki komissiyalarının üzvləri təyin edilməli və dairə seçki komissiyaları yenidən təşkil olunmalıdır.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 23.1-ci, 28.2-ci, 28.4-cü, 30.2-ci və 30.3-cü maddələrinə uyğun olaraq qərara alır :

Aşağıdakı şəxslər Astara dairə seçki komissiyalarının üzvləri təyin edilsinlər:

76 saylı Lənkəran – Astara

Axundov Firdovsi Allahverdi oğlu

Əliyev Məzahir Xanağa oğlu

Əlizadə Şahin Ramiz oğlu

Əmirov Mübariz Hüccətulla oğlu

Qasımov Asif Səməd oğlu

Qurbanov Tahir Əbdül oğlu

Novruzov Vəliağa Xəlil oğlu

Şamilzadə Elməddin Vidadi oğlu

Tağıyev İlqar Səyad oğlu

77 saylı Astara

Əkbərov Hikmət Heybət oğlu

Fətəliyev Asif Ağabəy oğlu

Hüseynov Akif Məmməd oğlu

Qasımov Ələddin Fəzləddin oğlu

Lətifova Kəmalə Akif qızı

Məmmədov Mehdi Sovqat oğlu

Mirzəyev Gülhəsən Balahəsən oğlu

Rzayev Nəsimi Məmməd oğlu

Şükürov Mirzə Ağadədə oğlu