Yayın gəlişi təbiəti canlandırmaqla insanları da qayğılandırmışdı.Təsərrüfatlarda ,bağ-bostanlarda  cürbəcür məhsullar,ətirli-dadlı meyvələr yetişmiş,zəhmətin bəhrəsi duyulaqda idi.Həmin  gün günəşin şəfəqləri təbiətdə bərq vururdu.Yazın təravətindən.sərin mehindən əsər -əlamət olmadığından  “bu yay yaman istidir,- deyib” gileylənənlərdən biri kimi Siyakü icra nümayəndəliyinin incibati ərazi dairəsinə aid kəndlərdə yaşayan şəhid ailələrinə yolumuzu saldıq.

Məlumat üçün xatırladaq ki,Siyakü nümayəndəliyində I Qarabağ müharibəsində 7 şəhid ,44 günlük Vətən müharibəsində 3 şəhid ,12 qazi adlarını yazmışlar.

44 günlük Vətən müharibəsində cəsurcasına şəhid olmuş Məhəmməd Babazadə Cavanşir oğlunun evi Marzəsə kəndində- təpəlikdə idi.Hüznlü həyətə girərkən şəhidin bacısı Arzu ilə qarşılaşdıq.O: – Xoş gəlmisiniz deyəndə ,- inşallah toya gələk,-deyib qübarlı qəlbini bir qədər sərinlətdik.

Arzu qardaşı haqqında çox danışmırdı,elə suallarımızı cavablandırırdı.Kənardan bizi dinləyən ana :-heyif yaraşıqlı balam əlimdən getdi,-deyərək af-uf edirdi.

Üç bacısının yeganə qardaşı ,evin sonbeşiyi Məhəmməd Babazadə 1997-ci il mayın 5-də anadan olub.2014-cü   ildə Siyakü kənd tam orta məktəbini bitirəndən sonra Dövlət Sərhəd Qoşunlarında həqiqi hərbi xidmət keçib.2016-cı ildə Vətənə sadiq əsgər kimi müddətdən artıq hərbi xidmətdə qalmaq istədiyini valideylərinə bildirib.Ailəsinin razılığını  aldıqdan sonra Silahlı Qüvələrin təlim-tədris mərkəzində 2 aylıq “PDM-2 “ mexanik kursunu bitirib.İlk dəfə hərçi kimi Beyləqanda fəaliyyətə başlayanda sevinci köksünə sığmır,hərbi geyimlə qürur duyur,Vətənin keşiyində durmağı özünə ərəf sayır.Amma təəssüf ki, 3 illik müqavilə tamamlanan kimi peşəsi ilə vidalaşır,əbədiyyətə qovuşur.

Bacısı arzunun xatirələrindən:

Məhəmməd sevimli,mehriban,qayğıkeş qardaşımız idi.Gözəl səsli,sakit təbiətli idi.Hərdən xoşladığı xalq mahnılarını zümzümə edəndə səsi dağlarda əks-səda verərdi.Neyləmək olar, Məhəmməd Vətən yolunda şəhid oldu.Ondan qalan şirin xatirələr onu həmişə yaşadacaq.

Dərdli-qüssəli Gülxara anadan nəsə soruşmağa cürətimiz çatmırdı.Baxışları sanki payız buludu kimi bir himə bənd idi.İçində yanıb-yaxılan ana gözləmədiyimiz halda ürəyindəkiləri boşaltdı:

“Görünür,balamı Vətənə qurban vermək üçün dünyaya gətirmişəm.Atası 2018-ci ildə rəhmətə gedib.Nə çox arzuladığı oğlunun toyunu görmək,nə də şəhidliyini görüb sarsılmaq ona qismət olmadı.6 ay idi ki,Məhəmmədin sevdiyi qıza nişan aparmıdıq.O ,həqiqətən Vətənə bağlı,onu sevən övlad idi.Martın 31-də qız evinə getmək istəyirdik.Hazırlaşdığımızı biləndə mənə dedi ki,ya 1-2 gün əvvəl,ya da sonra gedərsiniz.Səbəbini soruşanda  -Ana,31 mart azərbaycanlıların soyqırımı günüdür.Qoy həyatdan nakam getmiş cavanların ruhu inciməsin,-dedi. Balam onlar üçün yandığından özünün də arzuları ürəyində qaldı,həyatdan nakam getdi.”

Gülxarə ana qəfil susdu.Dərin sükut yarandı.Kədərli anlardan doğan səssizlikdə çaşqınlığa düşdüm.Oğul itirmiş,muradı gözündə qalmış anaya təskinlik verməyə çətinlik çəkdiyim zaman Məhəmmədin dostlarından biri ,yaxın qonşusu,elimizin gözəl səsli mügənnisi Raman Mədətov söhəti davam etdirdi:

-Məhəmməd gözəl xarakterli,dünyagörüşlü gənclərdən idi.Ağıllı söhbətləri onu yaşından böyük göstərirdi.Lənkəran şəhərində Cəfər Cabbarlı adına 1 saylı musiqi məktəbini bitirmişdi.Yaşasa idi gözəl səsli xanəndə kimi tanınacaqdı.Heyif cərgəmizdən getdi.Amma Azərbaycan şəhidi kimi onunla qürur duyuruq.

2020-ci ilin sentyabrın 28-də 24 yaşında Vətən uğrunda Füzulidə qızğın döyüşlərdə şəhid olmuş MAHXHQ-nın kiçik cavuşu Məhəmməd Cavanşir oğlu Babazadə ölümündən sonra Azərbasycan Respublikasın ın prezidentinin sərəncamı ilə “Vətən uğrunda”,”Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına  görə”medalları ilə təltif edilib.

Gülnar Əsədli