Məlumat verdiyimiz kimi Təhsil nazirliyinin “Ümumtəhsil müəssisələrində peşə təmayüllü siniflərin təşkili layihəsi” 2020-ci ildən Astara şəhər 5 saylı tam orta məktəbində də icra edilir.
Astara şəhər 5 saylı tam orta məktəbdə peşə təmayüllü siniflərin qrup rəhbəri olan Nahid Cəfərov Astarainfo.az-a verdiyi müsahibə zamanı qeyd edib ki, bu məktəbdə yaradılan peşə təmayüllü siniflərə yeni ixtisaslar əlavə olunub. Belə ki,yeni tədris ilindən “Dərzi köməkçisi”, “Aşpaz köməkçisi”, “Santexnik” və “Dülgər köməkçisi” ixtisasları ilə yanaşı 2 yeni modul üzrə ixtisaslar “Aqronom” və “İT” ixtisasları da tədris ediləcək.
Qeyd edək ki, yeni tədris ilində “Peşə təmayüllü siniflərin təşkili” layihəsi çərçivəsində Astarada növbəti məktəbdə -Vaqo kənd tam orta məktəbində də belə siniflər təşkil edilib.
“Peşə təmayüllü siniflərin təşkili” layihəsi 2019-2020–ci tədris ilindən fəaliyyətə başlayıb. Hazırda layihə paytaxt və bölgələrdə 35 məktəbdən 80 məktəbi və 2200 şagirdi əhadə edir.
X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasıdır.
Təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsi də layihənin əsas məqsədlərindən biridir.