Astara rayonunda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Astarainfo.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaşxaş-2021” adı ilə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik xassəli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən, rayonun Züngüləş kənd sakinləri C.Əhədov və E.Eyvazov saxlanılıblar.
Saxlanılan şəxslərin Astara rayonunun Züngüləş kəndində dağlıq-meşəlik ərazidə kultivasiya yolu ilə becərdikləri yaş halda çəkisi 55 kiloqram olan 36 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.