“11 Sentyabr 2001-ci ildə ABŞ-ın Nyu York şəhərinə hücum təşkil edən terrorçular alternativ planlar hazırlamışdılar”.
Astarainfo.az
 “lenta.ru”ya istinadla xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər nazirinin keçmiş müavini Andrey Fyodorov deyib. O bildirib ki, Nyu-Yorkda baş verən terror aktında qismən əli olan bir adamla görüşüb. Həmin adam hücumun bir il ərzində “Əl-Qaidə” terror təşkilatı tərəfindən hazırlandığını və müxtəlif variantların nəzərdən keçirildiyini deyib:
“Birinci seçim, bütün metro stansiyalarında eyni vaxtda baş verən partlayış idi. İkincisi, Manhattanda radioaktiv maddələr olan bir bombanın partladılması idi. Təxminən 5-6 ay ərzində terrorçular ən təsirli yolun təyyarədən istifadə etmək olduğu qənaətinə gəldilər”.
Xatırladaq ki, 2001-ci ilin 11 sentyabrında terrorçular dörd mülki təyyarəni qaçırdılar. Onlardan ikisi Nyu Yorkdakı Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinə , biri Pentaqona göndərildi. Sonuncusu ilə tarlaya düşdü. Təxminən üç min insan öldü, altı mindən çox insan isə yaralandı.