“Vaksinə qarşı əks-göstəriş sertifikatlarına sahib olan şəxslər vaksin pasportu və immunitet sertifikatı olanlarla bərabərhüquqludur”.
Astarainfo.az
 xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, vaksin pasportu tələb olunan yerlərdə bunun əvəzinə əks-göstəriş sertifikatı təqdim edilə bilər:

“Əks-göstəriş sertifikatı vaksin pasportu və immunitet sertifikatı ilə eynihüquqludur. Vaksinə qarşı əks-göstəriş sertifikatlarına sahib olan şəxslərə iri ticarət mərkəzlərinin, mehmanxanaların və ictimai iaşə obyektlərinin qapalı məkanlarında göstərilən xidmətlərdən istifadəsində hər hansısa məhdudiyyət tətbiq olunmur”.