Türkiyədə ilk dəfə olaraq koronavirus başda olmaqla bir çox xəstəliyi tanıya bilən süni intellektə əsaslanan sistem hazırlanıb.
Astarainfo.az 
NTV-yə istinadla xəbər verir ki, türkiyəli həkim Zülfü Genç süni intellektə əsaslanan səs və öskürək ilə bir çox xəstəliyin, xüsusən də koronavirusun diaqnozu üçün test hazırlayıb. O, “ağıllı saat vasitəsi ilə məlumat göndəririk. Məlumatlar mərkəzi serverdə quraşdırılmış süni intellekt dəstəkli proqramda işlənir və xəstələliyin diaqnozu barədə  məlumat verilir”, – deyə bildirib.