Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Məmmədov Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Astarainfo.az -a bildirilib ki, axtarış zamanı onda heroin aşkarlanıb.

Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan 2 kiloqram 490 qram heroin və elektron tərəzi götürülüb.

Faktla bağlı təhqiqat davam edir.