Vətənə “ana” deyib döyüşlərə atıldı,Vətən də oğlunu yüksək mənsəbə-şəhidliyə ucaltdı.

Pensər şəhidi Salmanzadə Pərvin Təbriz oğlu 1991-ci il sentyabrın 17-də işıqlı həyata göz açmaqla madar övlad kimi əzizlərinə bir dünya sevinc bəxş edib.Orta təhsildən sonra Pərvin Naxçıvanda Sərhəd Qoşunlarında hərbi xidmətdə olub.

Vətən müharibəsi başlananda elə ilk gündən könüllü döyüşlərə qatılan igid həmyerlimiz  döyüş əməliyyatlarında fəallıq göstərir,cəsur döyüşçü kimi tanınır.

O,düşməndən qisas almaq arzusu ilə Qubadlı,Hadrut,Füzuli,Zəngilan .Xocavənd,Cəbrayıl,Şuşa uğrunda gedən döyüşlərdə son nəfəsinədək savaşmaqla qəhrəmanlıq göstərib.İgid həmyerlimiz  Pərvin Təbriz oğlu Salmanzadə noyabrın  5-də əbədiyyata qovuşarkən əlini Şuşaya tərəf uzadıb “Bilirdim  ki, Şuşa bizim olacaq”-söyləyərək igid qəhrəmanımız Şuşanın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalıb.Vətənə 5 övladını əmanət buraxan qəhrəman döyüşçümüz ölümündən sonra Prezidentin Sərəncamı ilə “Vətən uğrunda”,”Cəsur döyüşçü”,”Xocavəndin azad olunmasına görə”,”Cəbrayılın azad olunmasına görə”,”Füzulinin azad olunmasına görə”,”Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.