Rusiya prezidenti Valdimir Putin Əfqanıstanla qarşılıqlı əlaqələr barədə danışıb.
Astarainfo.az “TASS”a istinadla xəbər verir ki, Putin “Taliban”ın qurduğu hökumətlə işləməyin vacib olduğunu deyib.
“”Taliban” hərəkatı praktiki olaraq ölkənin suveren başçısına çevrilərək, Əfqanıstanın gələcəyi üçün məsuliyyəti öz üzərinə götürüb öz hökumətini qurdu. Bu, taliblərin dediyi kimi, müvəqqəti bir hökumətdir və bunu təmsilçi adlandırmaq olmaz. Ancaq əlbəttə ki, onlarla işləmək lazımdır. Tanınmağa gəldikdə, bu mövzuda digərlərilə razıyam. Mövqeyimizi əlaqələndirməliyik”, – Rusiya prezidenti qeyd edib.