Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistandakı ümumi vəziyyət və gələcəkdə görəcəkləri işlər barədə danışıb.
Astarainfo.az 
“news.am”a istinadla xəbər verir ki, Paşinyan verdiyi açıqlamasında 44 günlük müharibədən sonra artıq yeni bir səhifə açdıqlarını deyib.
“Bu faciədən sonra necə yaşamalı olduğumuzu dəqiqləşdirməliyik. Tarix göstərir ki, müharibədə uduzmaq həmişə məğlubiyyət deyil. Döyüşü qazanmağın həmişə qalibiyyət olmaması kimi. Bəzən başqalarını məğlub etmək lazım olmur. Məğlubiyyət ölümü, ümidsizliyi aradan qaldırmaq deməkdir”, – Paşinyan qeyd edib.
Bu vaxt Paşinyanı dinləyən həyat yoldaşı Anna Hakopyan isə ağlayıb.