Ukrayna Mixail Saakaşvilinin həbsi ilə bağlı Gürcüstan hakimiyyətindən cavab gözləyir.
Astarainfo.az
 TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak məlumat verib.
“Gürcüstanın müvafiq qurumlarından dəqiq cavab gözləyirik. Məsələyə xarici işlər nazirləri səviyyəsində məsləhətləşmələrdən sonra qərar verəcəyik. İndi Xarici İşlər Nazirliyi bu məsələ ilə məşğul olur. Saakaşvili Ukrayna vətəndaşıdır və biz öz vətəndaşımızı geri almalıyıq”-deyə o bildirib.
Müşavirin sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenski Saakaşvilinin həbsi ilə bağlı vəziyyəti nəzarətdə saxlayır.
Qeyd edək ki, Mixail Saakaşvili ötən gün Gürcüstanda saxlanılıb. Gürcüstan polisi bu gün Saakaşvilinin Tbilisidə gizləndiyi mənzilin sahibini də tutub. Onun kimliyi ilə bağlı dəqiq məlumat verilməsə də, həmin şəxsin 1958-ci il təvəllüdlü bir nəfər olduğu bildirilib. Sözügedən şəxsin barəsində Gürcüstan Cinayət Məcəlləsinin 375-ci maddəsi ilə (Cinayəti Gizlətmə) cinayət işi açılıb.