İran Ermənistanın Zəngəzur vilayətində (Sünix) Gorus-Qafan yoluna altrnativ yolun çəkilişində iştirak edəcəyini bildirib.
Astarainfo.az  “news.am”a istinadən xəbər verir ki, bu barədə İranın yollar və şəhərsalma nazirinin müavini, habelə İran Nəqliyyat İnfrastrukturları Şirkətinin icraçı direktoru Xeyrullah Hatəmi məlumat verib.
Hatəminin başçılıq etdiyi nümayəndə heyəti Ermənistanın paytaxtı İrəvana səfər edib. O, səfər çərçivəsində yolun tikintisi ilə bağlı müzakirələrdə iştirak edəcək.