Astara rayonunda heyvandarlıq aqrar sektorun aparıcı sahələrindən biridir. Ölkəmizdə kənd təsərrüfatının bütün sahələri kimi, heyvandarlığın da inkişafına göstərilən dövlət dəstəyi fermerlərin bu sahəyə marağını artırıb. Rayonda mal-qaranın baş sayı ilbəil artır. Bu isə məhsul artımına müsbət təsir göstərir.

Astara Rayon Statistika İdarəsindən Astarainfo.az-a  verilən məlumata əsasən, oktyabrın 1-i vəziyyətinə rayon üzrə 40 min 654 baş iribuynuzlu mal-qara, 20 min 618 baş davar qeydə alınıb. İribuynuzlu mal-qaranın 48,8 faizini inək və camışlar təşkil edir.

Bu ilin doqquz ayı ərzində rayonda 2975,4 ton ət (diri çəkidə), 20 min 349,3 ton süd, 28 ton yun, 8 milyon 838 min ədəd yumurta istehsal olunub.

Rayonda ət istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,4 ton, yun istehsalı 1 ton, yumurta istehsalı isə 5 min ədəd artıb.