Təhsil nazirinin müvafiq əmrinə uyğun olaraq Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində tarixi Qələbəsi barədə şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, “Zəfər Günü”nün ölkənin təhsil müəssisələrində yüksək səviyyədə qeyd olunmasını təmin etmək məqsədilə Vətən sevgisinin təntənəsinə çevrilən “Dəmir yumruq” əməliyyatı devizi ilə Azərbaycanın yeni tarixinə qızıl hərflərlə həkk edilən, Vətən savaşına həsr edilmiş “Zəfər yolu” mövzusunda inşa-yazı müsabiqəsinin rayon turu keçirilib.

Astarainfo.az  xəbər verir ki, inşa-yazı müsabiqəsinin rayon turunda Astara rayonunun ümumtəhsil müəssisələrinin VIII-XI sinif şagirdləri iştirak ediblər.

İnşa-yazı müsabiqəsinin yekun nəticələrinə əsasən, Ərçivan qəsəbə 3 nömrəli tam orta məktəbin XI sinif şagirdi Kəmalə Əzizova rayon turunun qalibi kimi final mərhələsində iştirak hüququ qazanıb.