“Rusiyanın enerjidən silah kimi istifadə etməsi iddiaları əsassızdır və siyasi motivli söhbətlərdir”.
Astarainfo.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya Enerji Həftəsinin plenar iclasında deyib.
Rusiya lideri “Silahı harada istifadə edirik? Hansı qarşıdurmalarda iştirak edirik? İqtisadiyyata gəlincə, bu tamamilə mümkün deyil. Soyuq Müharibənin ən çətin dövrlərində belə Rusiya Federasiyası mütəmadi olaraq müqavilə öhdəliklərini tam şəkildə yerinə yetirib”-deyə qeyd edib.