Gömrük nəzarətindən gizlədilən dərman preparatları aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Astarainfoşaz-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “xurma” yükü aparan “Volvo” markalı yük nəqliyyat vasitəsi idxal yoxlama xəttində saxlanılıb və gömrük yoxlaması həyata keçirilib. Bu zaman yük nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən 10 adda müxtəlif markalı 1424 ədəd dərman preparatı və onlara aid karton qutular aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.