Sabirabad və Astara sakinlərindən ov tüfəngi aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini X.Mehdiyevdən özünə məxsus “İJ-43” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində isə Şiyəkəran kənd sakini R.Əliyevdə müvafiq sənədləri olmayan “İJ-12” markalı ov tüfəngi və 19 ədəd patron aşkarlanıb.

Faktla bağlı rayon polis şöbəsi tərəfindən təhqiqat aparılır.