ABŞ müdafiə naziri Loyd Austin Rusiyanı Donbasda silahlı qarşıdurma yaratmaqda və münaqişənin sülh yolu ilə həllinə mane olmaqda günahlandırıb.
Astarainfo.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə Kiyevdə ukraynalı həmkarı Andrey Taranla keçirdiyi birgə brifinqdə danışıb:
“Açıq şəkildə deyək ki, Rusiya bu savaşı başlatdı və münaqişənin sülh yolu ilə həll edilməsinə mane olan daşdır. Onlar Ukraynanın ərazi bütövlüyünü və suverenliyini pozmağa çalışırlar. Ukraynaya dəstək vermək, ərazi bütövlüyünü qorumaq üçün imkanlarımızı cəmləyib əlimizdən gələni edəcəyik”.