“İran İsrail və Azərbaycan arasındakı münasibətlərə görə Azərbaycanı hədəfə çevirə bilməz”.
Astarainfo.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin İranın Azərbaycanla sərhəddə keçirdiyi təlimlərlə bağlı sualı cavablandırarkən deyib. O bildirib ki, İranın atdığı addım yanlışdır:
“Mənim şəxsən belə bir gözləntim yoxdur. Bu gün İrandakı azərbaycanlıların sayı göz önündədir. Bu, düşünməyə vadar edir. Elə də asan deyil. Atılan addım yanlışdır. Düşünürəm ki, İranın yeni rəhbərliyi də bu yanlışı davam etdirməz”.