Heyvandarlıq Astara rayonunda kənd təsərrüfatının aparıcı sahələrindəndir. Son illər rayonda mal-qaranın cins tərkibinin süni mayalandırma yolu ilə daha məhsuldar heyvanlarla dəyişdirilməsi istiqamətində məqsədyönlü iş aparılır.

Astara Rayon Statistika İdarəsindən Astarainfo.az-a  verilən məlumata əsasən, bu ilin doqquz ayında rayonda 1464 baş inək və düyə süni yolla mayalanıb, 608 baş cinsi yaxşılaşdırılmış bala alınıb.

Qeyd edək ki, Astara rayonunda hazırda 5 süni mayalama məntəqəsi fəaliyyət göstərir. Doğulan hər buzova görə dövlət tərəfindən verilən subsidiya fermerlərin və fiziki şəxslərin inək və düyələrin süni mayalandırılmasına marağını artırıb.