fbpx
Ev ASTARA XƏBƏRLƏRİ FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Astarada qanun pozuntusunun qarşısını alıb VİDEO

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Astarada qanun pozuntusunun qarşısını alıb VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.

FHN-in mətbuat xidmətindən  verilən məlumata görə, Agentliyin mütəxəssisləri Astara şəhərinin Nizami küçəsində fiziki şəxs Əlizadə Samir Sahib oğlu tərəfindən müvafiq sənədlər olmadan çoxmənzilli yaşayış binasının tikintisinin aparılması faktını aşkarlayıblar.

Məsələ ilə əlaqədar nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.//Azərtac