Oktay Kazımi adına Astara Şəhər Uşaq Musiqi Məktəbinin məzunları olmuş qazilər Abdulla Cəfərli, Elnur Babayev və Eldar Quliyevlə görüş keçirilib.

Astarainfo.az  xəbər verir ki, görüşdə Azərbaycanın suverenlliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükkutla yad edilib.

Görüşdə çıxış edən Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Astara rayonu üzrə nümayəndə Şadoğlan Bayramov, musiqi məktəbinin müəllimi Aybəniz Dadaşova tədbir iştirakçılarını qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edərək, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən astaralı döyüşçülərin qəhrəmanlıqlarından danışıblar.

Qazilərin adından çıxış edən baş leytenant Elnur Babayev Vətən müharibəsində Azərbaycan Ordusunun qələbə əzmindən söz açaraq, uşaqlıq illərinin səhnə həyəcanını onlara yaşatdıqlarına görə məktəbin kollektivinə minnətdarlığını bildirib.

Sonda qazilərə xatirə hədiyyələri verilib.