Kənd məktəblərində bir çox şagirdin rəssamlıq üzrə bacarıqları olsa da onlar bu bacarıqları inkişaf etdirə bilmir, müsabiqələrdə iştirak etmirlər. Əsas səbəblər isə onlara lazım olan rəssamlıq dəstlərinin olmaması, məktəbdə yetərli şəraitinin olmaması, valideynlərindən lazımi dəstəyi almamaları, rəssamlıqla bağlı keçirilən müsabiqələr haqqında məlumatlarının az olmasıdır. Bu da nəticədə rəssamlıq bacarığı olan həmin şagirdlərin potensiallarının məhv olması ilə nəticələnir.

 

Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsinin qalibi olmuş

“Rəngli dünyamız” – Kənd şagirdlərində rəssamlıq bacarıqlarının inkişafı üçün onlayn təlimlər və müsabiqələrin keçirilməsi” layihəsinin əsas məqsədi kənd şagirdləri üçün onlayn təlimlərin və müsabiqələrin keçirilməsi yolu ilə onların rəssamlıq bacarıqlarının inkişafına nail olmaqdır.

Layihə 16 sentyabr 2021-ci il tarixindən 16 dekabr 2021-ci il tarixinədək olan müddətdə icra ediləcək.

 

Layihənin rəhbəri Astara rayonu Şiyəkəran kənd O.Yəhyayev adına 2 saylı tam orta məktəbi Həsənova Aytən bildirir ki, bu layihəni həyata keçirərək şagirdlərə rəssamlıq dəstlərini hədiyyə edilib. Onlara istiqamətlərin verilməsini, onlayn rəssam-mütəxəssisin təlimlərinin keçirilməsini, əl işlərinin internet resurslarında yerləşdirilməsini, rəsm müsabiqələrinə müraciət etmələrini təmin edilir.

 

Layihənin vəzifələri aşağıdakılardır:

Şagirdlərə rəssamlıq dəstlərini hədiyyə etmək.

Şagirdlərin valideynlərini maarifləndirmək.

Rəssam-mütəxəssisin onlayn təlimlərini təşkil etmək.

Rəsm müsabiqəsi təşkil etmək.

Şagirdlərin əl işlərini internet resurslarında yerləşdirmək.

Layihə ilə bağlı bloqunu yaratmaq.

Şagirdlərin əl işlərini rayon və respublika səviyyəsində müsabiqələrə təqdim etmək.

 

Layihənin açılışını onlayn formada keçirilib. Sonra Astara rayonu Şiyəkəran kəndindən olan istedadlı şagirdləri layihədə iştirak etməsi üçün seçilib. Bu sahəyə marağı və rəsm bacarığı olan ən azı 20 şagird müəyyən edilib. Onlar 5-9-cu sinif şagirdlərinin arasından seçilib.

Sonra hər bir şagirdə rəssamlıq üçün tam ləvazimat dəsti hədiyyə edilib.

Bunların hər biri rəssamlar üçün vacib olduğundan şagirdlərə də təqdim edilməsi vacibdir. Bununla onlar keyfiyyəti olaraq əl işlərini işləyə bilərlər.

 

Şagirdlərin rəsmçəkmə texnikasının təkmilləşdirmək üçün onlara etüdlərin təşkili üçün ev tapşırığı verilir. Onlar kənddə yaşadıqları üçün müxtəlif təbiət mənzərələrini, ev heyvanlarını və digər bir çox obyektin rəsmini çəkir.

Layihə həm də şagirdlərin gələcək peşə seçimində də rol oynayacaq.