Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalamışdır.

Təltif edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları arasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Astaranın igid oğullarının olması qürurvericidir.

Sərəncama əsasən təltif edilmişlər:

 

“Azərbaycan Bayrağı” ordeni ilə

Hüseynov Şahnur Şahin oğlu       -kapitan

Xəlilov Nadir Ağadadaş oğlu          -gizir

Bağırzadə Sadiq Şahin oğlu          -əsgər

 

3-cü dərəcəli “Rəşadət” ordeni ilə

Fərəcov Kamran Qılman oğlu        -kapitan

Əbdülov Elnur Qədir oğlu               -əsgər

 

“İgidliyə görə” medalı ilə

Babazadə Məhəmməd Cavanşir oğlu      -kiçik çavuş

 

“Suqovuşanın azad olunmasına görə” medalı ilə

Əhmədov Nihad Fuad oğlu                        -əsgər

 

“Xocavəndin azad olunmasına görə” medalı ilə

Quliyev Tərlan Mehman oğlu         -əsgər