Noyabrın 10-da Astara Rayon Gənclər və İdman İdarəsində dünya çempionu, astaralı güləşçi Əliabbas Rzazadə və onun məşqçisi Aslan Ağayevlə görüş keçirilib.

Astarainfo.az  xəbər verir ki, Əliabbas Rzazadə noyabrın 1-5-də Serbiyanın Belqrad şəhərində keçirilən sərbəst güləş üzrə 23 yaşadək güləşçilər arasında dünya çempionatında Azərbaycan yığma komandasının tərkibində bütün rəqiblərinə qalib gələrək dünya çempionu adını qazanıb.

Görüşdə çıxış edən Astara Rayon Gənclər və İdman İdarəsi rəisi vəzifəsini icra edən Rufan Şirinov Əliabbas Rzazadəni və onun məşqçisi Aslan Ağayevi təbrik edərək, onlara yeni-yeni qələbə sevincləri arzulayıb.

R.Şirinov Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı uğurları ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğının məntiqi nəticəsi kimi dəyərləndirib.

Əliabbas Rzazadə və məşqçisi Aslan Ağayevə xatirə hədiyyələri təqdim edilib.