Astara rayonunda aqrar bölmənin gəlirli sahələrindən biri də tərəvəzçilikdir. 2021-ci ildə rayonda 1922,3 hektar sahədə tərəvəz əkini aparılıb. Təsərrüfatlarda tərəvəz məhsullarının yığımı başa çatıb. Sahələrdən 28 min 764,5 ton məhsul yığılıb. Tərəvəzçilikdə hər hektarın orta məhsuldarlığı 149,6 sentner təşkil edib. Bu, ötən illə müqayisədə 20,6 sentner çoxdur.

Bu barədə Astarainfo.az-a  Astara Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, rayonun tərəvəz sahələrindən 750,6 ton kələm, 6289 ton xiyar, 7983 ton pomidor, 1153 ton sarımsaq, 4178,7 ton baş soğan, 8410,2 ton digər tərəvəz məhsulları tədarük olunub.

Rayonda tərəvəz istehsalı ötən illə müqayisədə 9,5 faiz artıb.

Qeyd edək ki, ötən il Astara rayonunda 2037 hektar sahədən 26 min 273 ton tərəvəz məhsulları yığılıb.

Astarada kartof yığımı da başa çatıb. Sahələrdən 7 min 588,6 ton kartof tədarük olunub. Hər hektarda məhsuldarlıq orta hesabla 78,2 sentner təşkil edib.