Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk lirəsinin ucuzlaşması fonunda müxalifətin çağırışlarına baxmayaraq, Türkiyədə növbədənkənar prezident seçkilərinin keçirilməsi ehtimalını istisna edib.
Astarainfo.az
 “TASS”a istinadən xəbər verir ki, o bu barədə parlamentdəki çıxışı zamanı danışıb:
“Biz istisnasız olaraq bütün seçkilərdə qalib gəlmişik. Və bəyan edirəm ki, növbədənkənar seçkilər olmayacaq, planlaşdırıldığı kimi 2023-cü ildə keçiriləcək”.
Qeyd edək ki, lirəsinin ucuzlaşması fonunda son günlər Türkiyədə növbədənkənar seçkilər gündəmə gəlib. 17 noyabrda Türkiyənin aparıcı müxalifət partiyalarının liderləri Kamal Kılıçdaroğlu(CHP) və Meral Akşener(İYİ) görüş keçirərək iqtidar partiyasına növbədənkənar seçki çağırışı ediblər.