“ABŞ-ın Ukraynanın şərqində münaqişəni yenidən alovlandırmaq istəyi fonunda Rusiya Federasiyası təmkinini saxlamalı və öz müdafiəsini gücləndirməlidir”.

Astarainfo.az  RİA-ya istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib. O həmçinin bildirib ki, Rusiyanın Ukraynanı işğal etmək niyyəti yoxdur:
“Bəli, hamı arxayın olsun. Belə bir şey olmayacaq. Ümumiyyətlə, indi bu mövzu ətrafında baş verən hər şey ABŞ Dövlət Departamentinin pis niyyətli təbliğat hərəkətidir. Onlar bu yalanı yaydılar”.