Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara rayonunun Züngüləş kənd sakini Alim İmaməliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Astarainfo.az-a verilən məlumata görə, A.İmaməliyevin yaşadığı evin həyətyanı sahəsində torpağa basdırılmış bir ədəd balonun içərisindən təmiz çəkisi 1 kiloqram 100 qrama yaxın qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Araşdırmalarla A.İmaməliyevin həmin narkotik vasitəni Astara rayonunun Şovaş kənd sakini Bəyəli Şahmarovdan əldə etdiyi müəyyən olunub.

Bəyəli Şahmarov də polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.