Astara şəhərindəki “Gənclər evi”ndə rayon gənclər və idman idarəsi, “İntellektli və Sağlam Gənclər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə 14-29 yaşlı gənclər arasında rayon birinciliyi keçirilib.

Astarainfo.az  xəbər verir ki, yarışda dörd komanda – “Aristokratlar”, “Güvən”, “Lider” və “Ulduz” komandaları qələbə uğrunda mübarizə aparıblar.

Bilik yarışmasının yekun nəticələrinə əsasən, Astara Rayon Gənclər və İdman İdarəsinin könüllülərindən ibarət “Aristokratlar” komandası birinci, Astara Pedaqoji Kollecinin tələbələrindən ibarət “Güvən” komandası ikinci yeri tutub.

Qaliblər diplomlarla mükafatlandırılıblar.