Möhtərəm cənab Prezident!

Astara ictimaiyyəti Sizi 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, can sağlığı, müstəqil Azərbaycanımızın daha da inkişafı, xalqımızın parlaq gələcəyi naminə gördüyünüz möhtəşəm işlərdə böyük uğurlar arzulayır.

Siz ən çətin, həlli mümkünsüz hesab edilən məsələlərin öhdəsindən bacarıqla gələn, anında və düzgün qərarlar qəbul etmək bacarığına malik olan müdrik və təcrübəli dövlət xadimi, yenilməz Lidersiniz.

Siz zəkanızın qüdrəti, siyasi iradəniz, müdrikliyiniz, fenomenal idarəetmə bacarığınız, cəsarətiniz və qətiyyətinizlə uzun illər düşmən tapdağında olan doğma torpaqlarımızı azad edərək xalqımızı qalib, müzəffər xalq kimi bütün dünyada tanıtdınız. Siz bizə misli görünməyən hədsiz qələbə sevincini bəxş edən Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan, Müdrik Rəhbər, bacarıqlı diplomat kimi qəlbimizdə yaşayırsınız.

Müstəqil Azərbaycan Sizin yorulmaz fəaliyyətiniz nəticəsində uca zirvələrə doğru inamla irəliləyir. Gördüyünüz möhtəşəm işlər dövlətimizin nurlu sabaha qovuşmasına, xalqımızın daha xoşbəxt və firavan yaşamasına xidmət edir.

Sizi ömrünüzün bu xoş günü münasibətilə bir daha təbrik edir, dərin hörmət və ehtiramımızı bildiririk.

Astaralılar Sizi sevir, daim Sizinlədir.

Allah Sizi və ailənizi qorusun!