Astara rayonunda 2022-ci ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini başa çatıb. Təsərrüfatlarda 150 hektar sahədə şum qaldırılıb, 58,3 hektar sahədə payızlıq taxıl əkilib.
Bu barədə Astarainfo.az-a Astara Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, taxıl əkinlərinin 44,5 hektarını buğda, 13,8 hektarını arpa sahələri təşkil edir. Taxıl əkininin hamısı əhali təsərrüfatlarının payına düşür.
Qeyd edək ki, ötən mövsümdə rayonda 142 hektar sahənin məhsulu biçilib, 351,4 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 24,7 sentner təşkil edib.