“Delta” və omikron ştammlarının hibridi olan koronavirusun yeni variantı Kipr Universitetinin Biotexnologiya və Molekulyar Virusologiya Laboratoriyasında çalışan bir qrup yerli alim tərəfindən aşkar edilib.
Astarainfo.az TASS-a isinadla xəbər verir ki, tədqiqatçılar onu “deltakron” adlandırıblar. Bildirilib ki, yeni variantın da “delta” ştammı kimi genetik əsası var, lakin eyni zamanda onun bir sıra mutasiyaları omikron ştammı ilə eynidir.