Ermənistan Prezidenti Armen Sarkisyan istefasını elan etməzdən təxminən üç saat əvvəl baş nazir Nikol Paşinyana zəng edib.
Astarainfo.az
 xəbər verir ki, bu barədə Paşinyan onlayn şəkildə mətbuatın suallarını cavablandırarkən deyib.
“Mən qərarın müzakirə edilib-edilməyəcəyini anlamağa çalışdım. Amma o, mənə bildirdi ki, artıq qərarı qətidir”.
Paşinyan istefaya dair məsələləri şərh etməkdən imtina edib.