Yanvarın 25-də İran İslam Respublikasının yol vəşəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgəİqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri RüstəmQasiminin ölkəmizə səfəri çərçivəsində Astaraçay üzərindətikiləcək avtomobil yolu körpüsünün təməlqoyma mərasimikeçirilib.

Mərasimdə Azərbaycan Respublikası Baş nazirin müaviniŞahin Mustafayevin, İran İslam Respublikasının yol vəşəhərsalma naziri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndəheyətləri iştirak edib.

Baş nazirin müavini Şahin Mustafayev İran-Azərbaycanmünasibətlərinin yüksələn xətlə inkişaf etdiyini bildirib. Qeydedib ki, ölkələrimiz arasında əlaqələrin əsas istiqamətlərindənbiri nəqliyyat-tranzit sahəsidir. Şimal-Cənub nəqliyyat dəhlizifəaliyyət göstərir.

Astaraçay üzərində yeni avtomobil yolu körpüsününtikintisinin İran-Azərbaycan sərhədində yaranan tıxaclarınqarşısını alacağını qeyd edən Ş.Mustafayev yeni körpününtikintisinin bu ilin sonuna qədər başa çatacağını söyləyib.

Ş.Mustafayev, həmçinin deyib: “Şimal-Cənub nəqliyyatdəhlizinin iki komponenti var. Onlardan biri dəmir yoludur. Dəmiryolu körpüsü bir neçə il əvvəl tikilib istifadəyə verilib. Hazırda həmin körpü üzərində dayanmışıq. Astarada daha birkörpü inşa edilir. Onun da inşası bu ilin sonunadəkyekunlaşacaq. Digər komponent isə avtomobil yoludur. Bildiyiniz kimi, avtomobil yolu körpüsü ötən əsrin 50-ci illərində inşa edilmişdi, köhnə idi. Həm də bu körpüdə tıxacolurdu. Tıxac nəqliyyat axınının sürətinin aşağı düşməsinə səbəbolur və səmərəliliyə mənfi təsir göstərirdi. Ona görə də hər ikiölkənin hökuməti yeni körpünün tikilməsinə qərar verdi. Bu günolduqca vacib gündür. İranlı həmkarımla birlikdə körpününtəməlini qoyduq, yeni körpü inşa ediləcək”.

Şimal-Cənub nəqliyyat dəhlizinə çox böyük tələbatınolduğunu vurğulayan Baş nazirin müavini Azərbaycan-Rusiyasərhədində də sərhəd-keçid məntəqələrinin genişləndirilməsiüçün bir sıra işlər görüldüyünü, hər iki sərhəddə bu problemlərinaradan qaldırılmasının Şimal-Cənub dəhlizi vasitəsiləyükdaşımaların həcminin artıracağını diqqətə çatdırıb.

Astaraçay üzərində tikiləcək körpünün yaradacağıimkanlardan söz açan Ş.Mustafayev bildirib ki, pandemiyadövrünün iki il sürməsi ölkələr arasında ticari əlaqələrə zərbəvurub. Amma İranla Azərbaycan arasında belə bir problemyaşanmadı. Biz nə ticarəti, nə ixracı bir gün də dayandırmadıq. Əvvəlki illə müqayisədə ticarət dövriyyəmiz 30 faiz artıb. Yükdaşımalarda bu artım 62 faizdir. Buna baxmayaraq, tələbatvar. Tələbat varsa, biz şərait yaratmalıyıq. Bu gün işlərdənbirinə başladıq. İnanırıq ki, bu tikinti işləri il ərzində başaçatacaq və daha yaxşı şərait yaranacaq”, – deyə Baş nazirinmüavini vurğulayıb.

Yeni körpünün təməlqoyma mərasimi başa çatdıqdan sonrahər iki ölkənin nümayəndə heyətləri Astara (İran) Yükdoldurmavə Yükboşaltma Terminalına baxış keçiriblər.

Qeyd edək ki, son illər Azərbaycanla İran arasındaavtomobil nəqliyyatı ilə ikitərəfli və tranzit yükdaşımalarınınhəcmi artıb. Astaraçay üzərindəki hazırkı avtomobil yolukörpüsünün istismar müddəti başa çatdığı üçün Astara(Azərbaycan)-Astara (İran) sərhəd-keçid məntəqəsi ərazisində, Astaraçay üzərində yeni avtomobil yolu körpüsünün və piyadakeçidinin tikintisi üzrə iki ölkə arasında saziş imzalanıb.