Yanvarın 29-da Astara şəhərində fəaliyyət göstərən “Altay” Gənclərin İntellektual-İnnovasiya Klubunda “Gənclər həftəsi” çərçivəsində təlim və tədris kurslarında təhsil alan gənclərlə görüş keçirilib.
Astarainfo.az xəbər verir ki, tədbirdə çıxış edən “Altay” Gənclərin İntellektual-İnnovasiya Klubunun sədri Ceyhun Mirzəzadə, Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Rufan Şirinov, rəis müavini İqrar Cəfərov Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə “Gənclər həftəsi” çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən danışaraq, klubda təhsil alan gənclərə uğurlar arzulayıblar.
Görüşdə “Altay” Gənclərin İntellektual-İnnovasiya Klubunda təhsil alanların bir qrupuna fəxri fərmanlar təqdim edilib.
Qeyd edək ki, “Altay” Gənclərin İntellektual-İnnovasiya Klubu yarandığı 2016-cı ildən bu günədək “Kompüter texnologiyası və internetin əsasları” təlim kurslarında 243, “Müasir gənclik, ingilis dili və dünyaya inteqrasiya” təlim-tədris kurslarında isə 81 nəfər təhsil alıb. Hazırda bu kurslarda 12 nəfər gənc kompüter texnologiyası və 10 nəfər gənc ingilis dili üzrə təhsilini davam etdirir.
Ev ASTARA XƏBƏRLƏRİ Astarada “Altay” Gənclərin İntellektual-İnnovasiya Klubunda təhsil alan gənclərlə görüş olub