Astaraifo.az xəbər verir ki,  ilkin hesablamalara görə Astara  rayonunda fəaliyyət göstərən  müəssisə, təşkilat və fərdi sahibkarlar  tərəfindən iqtisadiyyatın  əsas sahələri üzrə  (sənaye, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, tikinti, nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə, ticarət; nəqliyyat vasitələrinin təmiri) məhsul  buraxılışı və xidmətlərin     həcmi 2021-ci ildə  əvvəlki  illə müqayisədə 8,5 faiz artaraq 212199,7 min manat olmuşdur. İstehsal edilmiş məhsul və xidmətlərin rayon əhalisinin hər nəfərinə düşən dəyəri  1915,2  manat  təşkil  etmişdir.

Məhsul və xidmətlərin 41,7  faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 31,7  faizi ticarət; nəqliyyat vasitələrinin təmiri  sahələrində, 15,4  faizi  sənayedə,  9,7   faizi  tikintidə,  1,0  faizi  nəqliyyat və anbar təsərrüfatı sahələrində, 0,5  faizi isə informasiya və rabitə sahələrində istehsal olunmuşdur.

    Sənaye  müəssisələri  və bu sahədə fəaliyyət  göstərən fərdi sahibkarlar  tərəfindən  2021-ci ildə  32720,4 min manatlıq  və ya 2020-ci  illə  müqayisədə  6,9  faiz  çox sənaye məhsulu istehsal edilmişdir.

Sənaye məhsulunun 37,8  faizi emal  sektorunda, 61,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə  su  təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda  istehsal olunmuşdur.

Sənayedə  qeyri-dövlət  sektorunun payı 37,8 faiz  olmuşdur.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,3 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə  34,2 faiz  artmışdır.

İstehsal  edilmiş sənaye   məhsulunun böyük hissəsi   istehlakçılara göndərilmiş,  əvvəlki dövrlərdə  yaranmış  ehtiyatlar  da  nəzərə  alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 yanvar 2022-ci il vəziyyətinə 569,8  min manatlıq hazır  məhsul olmuşdur.

          Kənd təsərrüfatında  bitkiçilik məhsullarının yığımı başa çatmışdır. 2021-ci ildə  dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız)  745,6  hektar  əkin sahəsindən  2168,9 ton  və

ya 2020-ci illə  müqayisədə 3,0 faiz   çox məhsul götürülmüşdür. Orta hesabla  hər  hektardan

29,1 sentner məhsul yığılmışdır.  Bundan əlavə 179,5 hektar dən üçün qarğıdalı sahəsindən 561,7 ton məhsul toplanmış, hər hektardan orta hesabla 31,3 sentner qarğıdalı dəni götürülmüşdür.

3

2021-ci  ildə  28764,5 ton (9,5 faiz çox) tərəvəz, 7588,6 ton  və ya əvvəlki ilə nisbətən  6,0 faiz az kartof, 4133,5  ton (4,7 faiz az) bostan məhsulları, 56061,3  ton (17,0 faiz çox) meyvə və  giləmeyvə, 788,5 ton (25,6 faiz  çox)  yaşıl çay yarpağı  yığılmışdır.

2021-ci ildə 3967,2  ton, yaxud  əvvəlki ilə nisbətən 0,7 faiz çox diri çəkidə  ət, 27626,1 ton (1,0 faiz  çox) süd, 11434,0 min ədəd  (0,1 faiz çox) yumurta, 27,0 ton (3,8 faiz çox) yun istehsal  olunmuşdur.

2022-ci il yanvarın 1-i vəziyyətinə rayon üzrə 40711 baş iribuynuzlu mal-qara, 21397 baş qoyun və keçi mövcud olmuşdur. 2021-ci il yanvarın 1-nə nisbətən iribuynuzlu mal-qaranın sayı 414 baş (1,0 faiz), qoyun və keçilərin sayı 52 baş (0,2faiz) artmışdır.

2020-ci illə müqayisədə kənd təsərrüfatının ümumi  məhsulu  8,5 faiz,  o cümlədən bitkiçilik  məhsulları istehsalı 17,9 faiz,  heyvandarlıq məhsulları istehsalı isə  0,4 faiz  artmışdır.

2022-ci ilin məhsulu üçün 58,3 hektar sahəyə dən üçün payızlıq taxıl, ondan 44,5 hektar sahəyə buğda, 13,8  hektar sahəyə isə arpa səpilmişdir.

2021-ci ildə  əsas kapitala  26820,3  min manat məbləğində, yaxud 2020-ci illə  müqayisədə 60,6 faiz çox vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitin 6470,7 min manatı və ya 24,1  faizi  məhsul  istehsalı obyektlərinin, 13384,6  min manatı (49,9 faizi) xidmət sahələri üzrə obyektlərin, 6965,0  min manatı (26,0 faizi)  isə ümumi  sahəsi 17958  kvadrat  metr olan yaşayış  evlərinin tikintisinə sərf  olunmuşdur. Əsas  kapitala yönəldilmiş vəsaitin  20523,8 min manatı və ya 76,5 faizi  bilavasitə  tikinti-quraşdırma işlərinin  yerinə yetirilməsinə sərf  olunmuşdur.

    Nəqliyyat  sektorunda  fəaliyyət  göstərən  müəssisələr və  fiziki şəxslər tərəfindən  il ərzində  913 min ton yük və 4713  min nəfər sərnişin daşınmışdır. Əvvəlki  illə müqayisədə  yük daşınması 0,9 faiz,  sərnişin  daşınması isə  1,1  faiz  artmışdır.

    İnformasiya və rabitə  müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən  1150,4 min manatlıq   xidmətlərin  98,8 faizi əhali sektoruna aid olmuşdur. 2020-ci illə müqayisədə  2021-ci ildə   informasiya və rabitə xidmətlərinin dəyəri  1,7  faiz artmışdır.

2021-ci ildə pərakəndə ticarət şəbəkəsindən əhaliyə 204373,6 min manatlıq məhsul  satılmış, xidmət subyektləri  tərəfindən 27122,4 min manatlıq ödənişli  xidmət göstərilmişdir. 2020-ci   illə müqayisədə əmtəə dövriyyəsi 4,6 faiz,  əhaliyə göstərilmiş ödənişli xidmətlərdən  əldə olunan gəlir  3,2 faiz  artmışdır.Bu dövrdə  pərakəndə  ticarət şəbəkəsində  əhaliyə 113865,2  min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 90508,4 min  manatlıq  qeyri-ərzaq məhsulları satılmışdır.

2021-ci ildə istehlak qiymətləri  indeksi  2020-ci illə  müqayisədə 107,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə  111,5 faiz, qeyri-ərzaq malları üzrə 105,4 faiz, əhaliyə göstərilən ödənişli  xidmətlər üzrə 103,0 faiz təşkil etmişdir.

2021-ci ilin yanvar-noyabr aylarında   muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı  2020-ci  illə müqayisədə 1,7  faiz  artaraq  439,1  manat təşkil etmişdir.

Vasif  Həsənov

Astara  Rayon  Statistika Idarəsinin rəisi