Bu gün taxıl tədarüküiqtisadiyyatımızın ən önəmli sahələrindəndir. Təsadüfideyildir ki, son dövrlər taxıl tədarükünün artırılması, əhalinin ərzaq təminatı ilə bağlı dövlət başçısı, hökuməttərəfindən mühüm qərarlar qəbul edilmişdir.Taxıltədarükü ilə bağlı qarşıya qoyulan vəzifələrin həllində bustrateji əhəmiyyətli məhsulun yanğın təhlükəsizliyi daimadiqqət mərkəzində olmalı, yanğın təhlükəsizliyi ilə bağlıbütün zəruri tədbirlər həyata keçirilməlidirBirincinövbədə qeyd edilməlidir ki, kənd təsərrüfatıməhsullarının oddan qorunması tək yanğından mühafizəorqanları əməkdaşlarının işi deyil, həm aqrar sahədə, o cümlədən fermer təsərrüfatında çalışan bütünəməkçilərin, təsərrüfat başçılarının, traktorçuların, kombaynçıların, mexanizatorların, mexaniklərin, sürücülərin s. ümdə vəzifəsi olmalıdır.Xüsusi olaraqqeyd edək ki, mülkiyyət formasından asılı olmayaraq hərbir təsərrüfat rəhbəri tabeliyində olan obyektlərin yanğıntəhlükəsizliyinə cavabdeh şəxs kimi məsuliyyət daşıyır.Həmçinin ot biçini taxıl yığımı başlayan vaxtdanqurtaranadək təsərrüfat rəhbərləri yanğın təhlükəsizliyiqaydalarına əməl olunmasını tam təmin etməli, bununlaəlaqədar kənd təsərrüfatı işçiləri arasında müvafiqmaarifləndirmə işləri aparmalıdırlar.Taxıl ot yığımınabaşlamazdan əvvəl mülkiyyət formasından asılıolmayaraq bütün təsərrüfat rəhbərləri, biçində iştirakedən hər bir şəxs kənd təsərrüfatı texnikasını yanğınaqarşı hazırlamalı, ilkin odsöndürmə vasitəsi ilə tam təminetməlidirlər.Məhsul yığımında iştirak edən texnikanınhamısı işə başlamazdan əvvəl yanğına qarşı texnikimüayinədən keçirilməli, onların yanğın təhlükəsizliyitələblərinə cavab vermələri barədə akt tərtib edildikdənsonra sahəyə buraxılmalıdırMəhsul yığımında iştirakedən bütün texnikaların, mühərriklərin atqı borularıqığılcım söndürənlərlə təmin edilməlidir. Kollektorlarınbirləşmə hissələrinin atqı borusunun ara qatlarındazədələnmələr olmamalıdır. Əgər məhsul yığımı ilə eynivaxtda biçilməmiş taxıl zəmilərinin yaxınlığında payızşumlanma işləri aparılarsa, onda şum traktorları mütləqqığılcımsöndürənlərlə təmin edilməlidirMühərrikin çıxışkollektoruna küləşli məhsulların düşməsinin qarşısınıalmaq məqsədi ilə örtüksüz (kapotsuz) ya örtüyü(kapotu) açıq olan texnikaların istifadəsinə icazəverilməməlidir.Mühərriki akkumlyatorla işə salınankombayn, traktor özü hərəkət edən kənd təsərrüfatıtexnikalarının akkumlyatorları işlədicilərdən ayıran açarlatəmin edilməli, texnikalardakı elektrik naqilləri etibarlıizolyasiya olunmalı, birləşmələri bərkidilməli, eləcə sürtünmədən mexaniki zədələnmədən qorunmalıdır. Naqillər gövdə onun iti künclərindən keçən yerlərdərezin yaxud plasmas borularla mühafizəolunmalıdır.Taxıl yığımı ot tədarükü zamanı kombaynınkənar adam tərəfindən işə salınması, onun yedəyəalınmaqla yüksəklikdən buraxılmaqla işə salınmasıkombayna əlavə oturacağın quraşdırılması, yanacaq yağların sızmasına yol verilməsi, işdən sonra texnikanınsahələrdə saxlanılması qəti qadağandır. Dənli texnikibitkilərin yetişdiyi dövrdə yanğın təhlükəsizliyinin təminedilməsi məqsədilə bir sıra zəruri tədbirlərtəxirəsalınmadan həyata keçirilməlidir.Belə ki, meşəzolaqları, avtomobil dəmir yolları taxıl zəmilərinə yaxınolduqda onların arası biçilməli eni 4 metrdən azolmamaq şərti ilə şumlanmalıdır. Biçilmiş ot taxılzəmilərindən ən azı 30 metr aralıda tayaya vurulmalıdır. Taxıl yetişən zamanı cavabdeh şəxslər tərəfindən zəmiləriyanğından qorumaq məqsədi ilə xüsusi keşikçilərayrılmalıdır. Biçilmiş ot taxıl həmin sahədən kənaradaşınmalıdır. Taxıl yığımı, ot tədarükü zamanı müvəqqətitarla düşərgələri taxıl zəmilərindən xırmanlardan s. yanğın təhlükəli yerlərdən ən azı 100 metr kənardayerləşdirilməlidir.Tarla düşərgələrində, taxıl təmizləməxırmanlarında, ot küləş tayaları yığılan sahələrdəsiqaret çəkmək üçün xüsusi yer ayrılmalı həmin yerilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməli, eləcə üzərində  «Siqaret çəkmək yeri» yazılmış lövhəasılmalıdır. Digər sahələrdə siqaret çəkmək, açıq oddanistifadə etmək qəti qadağandır.Biçin işi aparılan taxılzəmilərinin yaxınlığında baş verə biləcək yanğınlarınböyük sahələrə yayılmasının qarşısını almaq məqsədi iləkotanlı traktorlar olmalıdır. Taxıl zəmilərində onlarınyanxınlığında küləş yandırılması tonqal qalanması qətiqadağandır.Tarla şəraitində traktor, kombayn digərmaşınların yanacaqla təmin edilməsi onlarınmühərriklərinin işi dayandırıldıqdan sonra yanacaqdoldurucu maşınlarla həyata keçirilməlidir. Gecə vaxtımaşınların yanacaqla doldurulması qəti qadağandır.Yığımmaşınlarının diyircəklərinin digər sürtülən hissələrininqızmasının qarşısını almaq məqsədi ilə onların vaxtlı-vaxtında yağlanmasına etibarlı bərkidilməsinə ciddinəzarət olunmalı, kombaynların digər texnikaların fırlananmexanizmlərinə dolaşan küləş kütləsi vaxtlı-vaxtındatəmizlənməlidir.Taxıl xırmanları bina tikintilərdən 50 metr, taxıl zəmilərindən 100 metr aralıdayerləşdirilməlidir. Xırmanların sahələri bitki örtüyündən(otdan) mütləq təmizlənməli, ətrafı 4 metr enindəşumlanmalıdır.Bir daha xatırladırıq ki, kənd təsərrüfatıməhsullarının, xüsusən taxılın oddan qorunmasıhamının şərəf işi olmalıdır. Unutmamalıyıq ki, taxılbərəkətdir, ruzidir o böyük zəhmət hesabınayetişdirilir.

Elin bu sərvətini yanğından qoruyun!

                                                                           Fövqəladə     Hallar    Nazirliyinin

                                                                  Dövlət YanğınNəzarəti Xidmətinin

                                                                           Cənubregional Dövlət Yanğın

                                                                           Nəzarətiİdarəsi