Rayon Dövlət Rəsm Qalareyasında Astara rayon Gənclər və İdman İdarəsi və Astara Rayon Dövlət Rəsm Qalareyasının birgə təşkilatçılğı ilə “Sehirli Novruz” mövzusunda gənclər arasında rəsm üzrə Astara rayon müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində məqsəd “ 2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın 5.2.3 və 5.2.13-cü bəndlərinin icrasını təmin edilməsi, istedadlı gənc rəssamların aşkar edilməsi, milli adət ənənələrimizə hörmət hissini aşılamaq, Novruz bayramı yaşam fəlsəfəsinin dərk olunması və gələck nəsillərə ötürülməsi, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili olub.Tədbirin açılış mərasimində Rayon Dövlət Rəsm Qalareyasının direktoru Naibə Mustafayeva, Astara RGİİ-nin rəis müavini İqrar Cəfərov çıxış etmiş, tədbirin keçirilməsinin məqsəd və vəzifələri, milli adət ənənənələrin yaşadılması və yaradıcı gənclərlə iş sahəsində görülən işlər barədə məlumat vermiş, fəxri yerlər qazanan və fərqlənən gəncləri təbrik etmiş, tədbir iştirakçılarına yeni uğurlar arzulamışlar.
I yeri Fərziyeva Elvira Xanlar qızı (Səncərədi kənd tam orta məktəbinin X sinif şagirdi), II yeri Həbibzadə Bəyim Raman qızı(Səncərədi kənd tam orta məktəbininVIII sinif .şagirdi), III yeri Əmirzadə Elida Babək qızı(Burzubənd kənd tam orta məktəbinin V sinif .şagirdi) qazanmışdır.
Fərqləndirici yerlərə Talışınskaya Amina İdrak qızı(Lənkaran Rəssamlıq Məktəbi), Quliyev İmaməli Cabir oğlu(Lənkaran Rəssamlıq Məktəbi), Tağızadə Gülnur Zaur qızı(Lənkaran Rəssamlıq Məktəbi),Rzazadə Aysun Ceyhun qızı(Lənkaran Rəssamlıq Məktəbi), Qənbərli Tural Kamran oğlu(Lənkaran Rəssamlıq Məktəbi),Qurbanova Nuray Eldəniz qızı(Lənkaran Rəssamlıq Məktəbi) layiq görülüb.
Fəxri yerləri qazanan və fərqlənən gənclər Rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edilib.