Gənclər Evində Astara rayon Gənclər və İdman İdarəsi,Astara Pedoqoji Kolleci Tələbə Gənclər Təşkilatının və Gənclər Evinin birgə təşkilatçılğı ilə  1918-ci ildə Azərbaycanlıların soyqırımının 104 illiyinə həsr olunmuş  sənədli filmi nümayiş olunmuşdur.Tədbirdə Astara Pedoqoji Kollecinin tələbələri və könüllü gənclər və iştirak etrmişlər.

     Tədbirin açılış mərasimində  faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.Sonra Astara rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Rufan Şirinov, Astara rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Bəhlul Rufullazadə çıxış etmişlər.

      Tədbirdə çıxış edənlər qeyd etmişlər ki, tədbirinkeçirilməsində məqsəd  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli sərancamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın 7.2.9-cu bəndinin icrasını  təmin etmək, erməni daşnaklarının xalqımıza törətdikləri zalımlıqları unutmamaq və unutdurmamaqdır.Həmçinin qeyd edilmişdir ki, mart soyqırımı 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğındır. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.

      Bu faciələrin təkrarlanmamsı üçün cəmiyyət,xalq ,dövlət həmişə həmrəy və güclü olmalıdır.Gənclərimiz maariflənməli, yüksək təhsilə yiyələnməli, vətənpərvərlik və vətəndaşlıq hissi ilə yaşamalıdırlar. Ümumi dövlətçilik ənənələrimizin təbliği, elm və texnologiyaların öyrənilməsi, ordumuzun gücləndirilməsi, dünyada sülh və əmin amanlığın artması üçün çalışmaq, insanlarımızın təhlükəsiz yaşaması və dinc quruculuq işləri ilə məşğul olmasına kömək göstərəcəkdir.