Astara rayon Gənclər və İdman İdarəsi və Astara Pedoqoji Kollecinin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə 31 mart –Bəşəriyyətə qarşı tarixi cinayət mövzusunda onlayn konfrans keçirilmişdir.

      Tədbiri giriş sözü ilə Astara Pedoqoji Kollecinin direktor müavini Arzu Hüseynova açmışdır. Sonra Astara rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən RufanŞirinov çıxış edərək  gənclərə soyqırım haqqında ətraflı məlumat vermişdir. Daha sonra Astara Pedoqoji Kollecinin tələbələri – Zəhra Babayeva, Ramin Abdullayev,XanımNəzərova, İlham Kazımov çıxış etmişlər.

     Çıxış edənlər çıxışlarında bildirmişlər ki, tədbirin keçirilməsində məqsəd Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli sərancamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın 7.2.9-cu bəndinin icrasını təmin etmək, erməni daşnaklarının xalqımıza törətdiklərizalımlıqları unutmamaq və unutdurmamaqdır.Həmçinin qeyd edilmişdir ki, mart soyqırımı 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.