Sərbəst güləş üzrəBudapeşt şəhərində keçirilən Avropa çempionatında Azərbaycan yığma komandasının tərkibində  Astara güləş məktəbinin yetirməsi Əliabbas Rzazadə 57 kq çəkidə 3 qələbə ilə gümüş medal qazanmışdır.

   Əliabbas Rzazadə (57 kq) təsnifat mərhələsində İspaniya təmsilçisi Levan Metreveliylə 7:0 hesabıyla qalib gəlmişdir. Sonra bolqarıstanlı Mikyay Salim Naimi üstələyib – 9:6. Əliabbas yarımfinalda gürcü Beka Bujiaşviliylə qarşılaşıb. Görüşün əvvəlindən təşəbbüsə yiyələnən həmyerlimiz rəqibinə göz açmağa imkan verməyib. Elə ilk hissədə tam üstünlüklə (10:0) qələbə qazanan Rzazadə debüt etdiyi Avropa çempionatının finalına yüksəlib. Əliabbas həlledici görüşdə Vladimir Yeqorovla (Şimali Makedoniya) uduzubBeləliklə idmançımız Avropa çempionatının gümüş medlını qazanıb.

   Xatırladaq ki, məşhur idmançımız əvvəlki illərdəAzərbaycan bayrağını zirvələrə ucaltmışdır.Belə ki,Sərbəst güləş üzrə 23 yaşadək güləşçilər arasında Dünya çempionatında ( Belqrad,Serbiya,1-5.11.2021) 57 kq çəkidə qızıl medal, Sərbəst  güləş  üzrə  23 yaşadak güləşçilər(U-23) arasında  Avropa  çempionatında (17-23 may 2021, Skopye,Şimali Makedoniya) 57kq çəkidəgümüş medal, Sərbəst  güləş  üzrə  gənclər arasında  Avropa  çempionatında (24-27-iyun 2016,Buxarest,Rumuniya)   50 kq çəkidə bürünc medalSərbəst  güləş  üzrə  gənclər  arasında  Dünya çempionatında (01-03 sentyabr 2016,Makon,Fransa)  50 kq çəkidə bürünc medal qazanmışdır.

      Əliabbas Rzazadənin şəxsi məşqçisi  Aslan Ağayevdir.

     İcra başçısı idmançını və onun məşqçilərini təbrik edib, yeni zirvələr arzulayıb.