Ceyhun Babayev adına Astara şəhər 3 saylı tam orta məktəbdə Azərbaycan Respublikası Gənclər və İdman, Təhsil, Müdafiə, Fövqalədə Hallar, Mədəniyyət Nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti,Veteranlar Təşkilatının birgə qərarına əsasən təsdiq etdikləri “Şahin” hərbi idman oyununun Əsasnaməsinə uyğun olaraq Astara rayon Gənclər və İdman İdarəsi, Astara rayon Təhsil Şöbəsi və SHXÇDX-nin Astara rayon şöbəsinin birgə təşkilatçılığı ilə Astara rayonu üzrə hərbi idman oyununun Astara rayon birinciliyinin I zona seçim mərhələsi keçirilmişdir.
Tədbirlərin açılış mərasimlərində Astara rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Rufan Şirinov, Ceyhun Babayev adına Astara şəhər 3 saylı tam orta məktəbin direktoru Adil Rzayev, uzun illər Astara Rayon Təhsil Şöbəsinin Fiziki tərbiyə üzrə metodistivəzifəsində çalışmış və hazırda təqaüddə olan,”Fəxri Bədən Tərbiyəsi və İdman işçisi” Nizaməddin Ələkbərov,Astara rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov çıxış etmişlər.
Yekunda I yerə Ceyhun Babayev adına Astara şəhər 3 saylı tam orta məktəb, II yerə Astara şəhər 5 saylı tam orta məktəb və III yerə M.Ə.Sabir adına Astara şəhər 1 saylı tam orta məktəbin komandaları layiq görülmüşlər.
İ və II yerləri qazanan komandalar 14 aprel 2022-ci il tarixdə keçiriləcək Astara rayon birinciliyinin final mərhələsində iştirak etmək hüququ qazanmışlar.
Astara rayon birinciliyinin I zona seçim mərhələsində fəxri yerləri qazanan komandalar Astara Rayon Gənclər və İdman İdarəsinin, Rayon Təhsil Şöbəsinin diplomlarına layiq görülmüşlər.