Bakı şəhəri Balaxanı İdman Kompleksində Abşeron rayon Gənclər və İdman İdarəsi və IFK Kyokuşin Karate Təşkilatının birgə təsdiq etdikləri əsasnaməyə uyğun olaraq IFK Kyokuşin Karate üzrə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında ölkə kuboku keçirilmişdir.

     Yarışa Astara rayon Seiken Kyokuşin Kenbukay Karate klubunun məşqçisi, II dan Qara kəmər ustasıAzər Ağazadənin rəhbərliyi ilə rayon idmançıları iştirak etmiş və yüksək nəticələr qazanmışlar.

     Astara idmançılarından 4 nəfər I yeri, 2 nəfər II yeri və 1 nəfər III yeri  qazanmışdır. Məmmədov Aqşin (14-15 yaş, 60 kq) I yeri, Abbasov Süleyman (14-15 yaş, 50 kq) I yeri, Məmmədov Namik (14-15 yaş, 45 kq) I yeri, Məmmədov Məhəmmədəli (11-12 yaş, 35 kq) I yeri, Məmmədov Bayraməli (12-13yaş, 50 kq) II yeri, Rzayev Cəbrayıl (14-15 yaş, 50 kq) II yeri və Nurizadə Əli (12-13 yaş, 35 kq) III yeri qazanmışlar.